"Beşiktaş"ın rəqibi müəyyənləşir

10:22 - 17 Mart 2017

Bu gün Avropa Liqasının 1/4 final mərhələsinin püşkü atılacaq.

 

Sportal.az xəbər verir ki, Bakı vaxtı ilə saat 16:30-da keçiriləcək mərasim İsveçrənin Nyon şəhərində baş tutacaq.

 

Məlum olduğu kimi, sözügedən mərhələdə kor püşk atıldığından eyni ölkənin komandaları da bir-birinə rəqib ola bilər.

 

Avropa Liqası

1/4 final

 

“Beşiktaş” (Türkiyə)

“Mançester Yunayted” (İngiltərə)

“Lion” (Fransa)

“Şalke” (Almaniya)

“Selta” (İspaniya)

“Anderlext” (Belçika)

“Genk” (Belçika)

“Ayaks” (Hollandiya)

Xəbər xətti