Kamran Ağayevlə Emin Mahmudovun növbəti sınağı

11:48 - 17 Mart 2017

Portuqaliya Premyer Liqasında 26-cı turun oyunlarına start veriləcək.
 
Sportal.az xəbər verir ki, milli komandamızın üzvləri amran Ağayevlə Emin Mahmudovun çıxış etdiyi "Boavişta" səfərdə "Eştoril"in qonağı olacaq. Hər iki futbolçunun "Eştoril"ə qarşı matçda start heyətdə yer almayacağı gözlənilir.

 

Qarşılaşma Bakı vaxtilə saat 00:30-da start götürəcək.
 
Qeyd edək ki, 25 oyundan sonra “Boavişta” 33 xalla 8-ci, onun rəqibi “Eştoril” isə 21 xalla 15-ci yeri tutur.

Xəbər xətti