Dino Ndlovu: "Buna görə çox məyus oldum"

12:07 - 17 Mart 2017

“Həmişə milliyə dəvət alanda fəxr etmişəm. Yığmanın futbolçusu olmaq qürurvericidir”.

 

Sportal.az xəbər verir ki, bu sözlər “Qarabağ”ın futbolçusu Dini Ndlovuya məxsusudur. “MTN Football”a açıqlama verən 27 yaşlı forvard son zamanlar CAR millisindən kənarda qalmasına münasibət bildirib.

 

Ndlovu yenidən milliyə dəvət alacağına ümid etdiyini vurğulayıb: “Ötən mövsüm milliyə dəvət almadım və buna görə çox məyus oldum. Niyə kənarda qalmağımın səbəbini bilmirəm. Ancaq əsas odur ki, milliyə çağırılanda əlimdən gələni etmişdim. Millinin yeni baş məşqçisinin kim olacağını gözləyirəm, hər şey onun qərarından asılıdır. Əgər onun mənə ehtiyacı olsa, oynamağa hazıram. Millinin formasını geyinmək mənim üçün həmişə şərəflidir”

 

Futbolçu Premyer Liqanın XXII turunda AZAL-la (1:0) keçirilən qarşılaşmanı da dəyərləndirib. Ağdam klubunun qələbə qolunun müəllifi hədəflərinin hər iki turniri qazanmaq olduğunu vurğulayıb:  “Mövsümə elə də yaxşı start verməmişdim. Bunun səbəbi də “Qarabağ”la birlikdə təlim-məşq toplanışında iştirak etməməyim idi. Düşünürəm ki, bu amil məni bir qədər ləngitdi. Amma son oyunlarda qol vururam, buna görə çox şadam. Ümid edirəm ki, bu mövsüm də “qızıl dubl” etməyi bacaracağıq”.

 

Qeyd edək ki, Dino Ndlovu bu mövsüm Premyer Liqada 17 oyunda meydana çıxıb, 6 qol vurub.

Xəbər xətti