Noyer: "Komanda olaraq səbirsizik"

19:06 - 17 Mart 2017

“Bavariya”nın qapıçısı Manuel Noyer Çempionlar Liqasının ¼ frinal mərhələsinin bu gün keçirilən püşkatmasını dəyərləndirib.

 

Sportal.az xəbər verir ki, Münhen təmsilçisinin qolkiperi rəqibləri olan Madrid “Real”ından danışıb. Təcrübəli əlcək sahibi “kral klubu”na qarşı keçiriləcək oyunun çətin olacağını deyib:

 

“Real”a qarşı oynamaq hər zaman xüsusidir. Futbolçularımızın bu matça xüsusi önəm verdiyini deyə bilərəm. Komandamız matçın keçiriləcəyi günü dörd gözlə gözləyir. Komanda olaraq səbrsizik”.

 

Qeyd edək ki, komandalar arasındakı ilk oyun aprelin  12-də, cavab oyunu isə 6 gün sonra keçiriləcək.

Xəbər xətti