"Kəpəz" "Sumqayıt"ı gözləyir

00:03 - 18 Mart 2017

Azərbaycan Premyer Liqasının XXIII turunda Gəncədə “Sumqayıt” ilə qarşılaşacaq “Kəpəz” bu gün Gəncəyə gedib.

 

Sportal.az xəbər verir ki, qarşıdakı oyuna hazırlığın əsas hissəsini Bakıda keçirən “sarı-göylər” matç öncəsi son məşqinə qarşılaşmaya ev sahibliyi edəcək şəhər stadionunda çıxıb. Komandanın məşqi təxminən 50 dəqiqə davam edib. Mətbuat və azarkeşlər üçün açıq olan hazırlıq prosesi yüngül xarakter daşıyıb. Futbolçular daha çox toplu çalışmalar üzərində işləyiblər. 

 

“Sumqayıt” ilə oyun öncəsi “Kəpəz”in heyətində iki itki var. Bu, cəzalı olan Nicat Qurbanov və zədəli Əli Nuridir.

Xəbər xətti