Almaniya millisinin üzvü: "Azərbaycanla oyun əla şansdı"

00:17 - 18 Mart 2017

"Hər bir alman futbolçu bu dəqiqə mənim yerimdə olmaq istəyər. Çünki əsas milli komandanln formasını geyinmək hər bir futbolçunun ən böyük arzusudur".

 

Sportal.az xəbər verir ki, bu sözlər Almaniya millisinin futbolçusu Timo Verner deyib. DÇ-2018-in seçmə mərhələsində Azərbaycan millisi ilə qarşılaşacaq komandaya ilk dəfə dəvət edilən hücumçu bunu özü üçün əla şans hesab edir:

 

“Gənclərdən ibarət millimizin heyətində 48 oyunda iştirak etmişəm. Fikrimcə, əsas milliyə dəvət almağın vaxtı idi. Üstəlik, bəzi futbolçularla çoxdan tanışam. Serj Qnarbi və Coşua Kimmixlə birgə çıxış etmişəm, Julian Brandt isə ən yaxın dostlarımdan biridir. Manuel Noyer, Tomas Müller, Toni Kross və Məsut Özil kimi futbolçularla birgə məşq etmək möhtəşəm olacaq. Milliyə uyğunlaşmaq, atmosferi hiss etmək baxımından Azərbaycanla oyun mənim üçün əla şansdı”.

 

Qeyd edək ki, Azərbaycan – Almaniya oyunu martın 26-da baş tutacaq.

Xəbər xətti