Yaya Ture “Mançester Yunayted”də?

00:49 - 18 Mart 2017

“Mançester Siti”nin  futbolçusu  Yaya Turenin mövsümün sonunda  klubundan ayrılacağı  gözlənilir. Turenin agenti Dmitri Selyuk oyunçunun “Mançester Yunayted”də transfer olmaq ehtimalı olduğunu açıqlayıb.

 

Sportal.az xəbər verir ki, bu barədə futbolçunun agenti belə danışıb:

 

“Başa düşürəm ki, 2 əzəli rəqib olan “Mançester Yunayted” və “Mançester Siti” Yaya Ture kimi bir futbolçuya sahib olmaq istəyir. Bu nə mənə, nə də Ture üçün problemdir. Bu, sadəcə, “Mançester Siti” rəhbərliyinə məxsus məsələdir. Niyə də yox? Joze Mourinyo çox yaxşı məşqçidir. Zlatan İbrahimoviç “Barselona”da Yaya Ture ilə birlikdə çıxış edib. Hazırki vəziyyətdə biz Turenin gələcəyi üçün  başqa klublarla da danışıqlar aparırıq. Onun Çinə keçəcəyi xəbəri düzgün deyil. Avropadan, xüsusilə, İtaliya və İspaniyadan gələn təklifləri dəyərləndirəcəyik”.

 

Xatırladaq ki, Yaya Ture 2010-cu ildən Mançester təmsilçisində çıxış edir.

Xəbər xətti