Nağıyev komandasının heç-heçəsini izlədi

01:11 - 18 Mart 2017

Ukrayna Premyer Liqasında 22-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Dmitri Nağıyevin şərəfini qoruduğu "Dnepr" evdə "Karpatı" ilə qarşılaşıb. Nağıyevin ehtiyat oyunçular skamyasıdan izlədiyi matç qolsuz bərabərliklə nəticələnib.  

 

Qeyd edək ki, "Dnepr" hazırda 10 xalla 12 klub arasında sonuncu pillədə qərarlaşıb.

Xəbər xətti