Emin Mahmudov oynadı, "Boavişta" 1 xal qazandı

03:05 - 18 Mart 2017

Portuqaliya çempionatında 26-cı turun oyunlarına start verilib.

 

Sportal.az xəbər verir ki, milli komandamızın üzvləri Kamran Ağayevlə Emin Mahmudovun çıxış etdiyi "Boavişta" səfərdə "Eştoril"in qonağı olub. Görüş qolsuz heç-heçə ilə başa çatıb. 

 

Emin 81-ci dəqiqədə meydana daxil olub. Kamranın adı isə “18-liy”ə salınmayıb. 

 

Qeyd edək ki, “Boavişta” 34 xalla 8-ci pillədə qərarlaşıb.

Xəbər xətti