"Neftçi"nin legioneri: "Almaniya ilə matçda Azərbaycan millisinə azarkeşlik edəcəm" MÜSAHİBƏ

23:30 - 18 Mart 2017

"Neftçi" Azərbaycan Premyer Liqasının 23-cü turu çərçivəsində doğma meydanda "İnter"i 2 - 1 hesabıyla məğlub edib.

 

Sportal.az xəbər verir ki, qarşılaşmadan sonra "ağ-qaralar"ın çexiyalı futbolçusu Zdenek Folprext jurnalistlərin suallarını cavablandırıb:

 

- Bu , bizim üçün çox vacib matç idi. Çünki , bu gün komandamızın 80 illik yubileyi idi. Buna görə də üzərimizdə təzyiq var idi. Hamımız başa düşürdük ki, bu oyunda qələbə qazanmalıyıq. Çox xoşbətəm ki, qələbə qazanan tərəf biz olduq.

 

- Yeni formalarınızı bəyəndin?

- Bəli. Çox bəyəndim. İlk dəfədi ki, tarixi formada oynayıram. Oynadığım heç bir klub belə addım atmayıb. Xoşuma gəldi. Əsas olan odur ki, bu formalarla qələbə qazandıq.

 

- "Neftçi" Azərbaycanın ən köklü klubudu. Hansı klubda oynadığını anlayırsan?

- Təbii ki, bilirəm. Mən əvvəlcədən də bilirdim hansı kluba gəldiyimi. Komanda haqda məlumat toplayırdım. Bu gün bir daha gördük ki, "Neftçi" Azərbaycan futbolu üçün çox vacib bir klubdu. Bir daha deyirəm, qələbə qazandığımız üçün çox xoşbəxtəm. Bu qələbə növbəti oyunlar üçün stimuldu.

 

- "Qəbələ", ardınca da "İnter"ə qalib gəldiz. Artıq düşünmək olar ki, "Neftçi" qış fasiləsindən sonra böyük addımlar atmağa başlayıb?

- Biz hazırda çox yaxşı formadayıq. Əgər mövsümün birinci yarısını saymasaq, yəqin ki, çempionatın ən yaxşı komandası olarıq. Nəticələr də bunu göstərir. Amma təbii ki, mövsüm bir hissədən ibarət deyil.

 

- İkinci, üçüncü pillədə olan komandalara qalib gəldiz. Kubokda isə çempionatın lideri olan "Qarabağ"la qarşılaşacaqsız. Lideri də udmaq mümkün olacaq?

- Mən özüm "Qarabağ"a qarşı üç dəfə oynamışam. İki dəfə "Slovan"ın, bir dəfə isə "Neftçi"nin heyətində. Heç birində də uduzmamışam. Təbii ki, futbolda mümkünsüz heç nə yoxdu. Biz kubokda "Qarabağ"ı keçə bilərik.

 

- "Slovan"ın heyətində özünü "Qarabağ"a qarşı daha inamlı hiss edirdin, yoxsa "Neftçi"nin?

- Hesab edirəm ki, "Neftçi" və "Slovan"ın səviyyəsi eynidi. Yəni heç bir fərq görmürəm.

 

- Çexiya millisi Azərbaycanla eyni qrupda yer alır. Öz ölkənin komandasına görə Azərbaycanla görüşdə Almaniyaya azarkeşlik edəcəksən?

- Xeyr. Azərbaycan millisinə azarkeşlik edəcəm. Çünki, orada mənim komanda yoldaşlarım Ruslanla Namiq oynayır.  Mən özüm də stadiona gedib oyunu izləyəcəm. Onların ikisinə də azarkeşlik edəcəm.

 

 - Bunun səbəbi Çexiya millisinə dəvət almamaığınla bağlıdı?

- Xeyr. Tam ciddi deyirəm, əgər "Neftçi" çempionluq uğrunda mübarizə aparsa, Çexiya millisinin baş məşqçisi məni də komandaya dəvət edər.

Xəbər xətti