Uqo Barqas: "Qəbələ" üzərində qələbə bizə böyük güc vermişdi" MÜSAHİBƏ

00:30 - 19 Mart 2017

Azərbaycan Premyer Liqasının XXIII turunda "Neftçi" öz meydanında "İnter"i 2 - 1 hesabıyla məğlub edib.

 

Sportal.az xəbər verir ki, oyundan sonra "Neftçi"nin futbolçusu Uqo Barqas jurnalistlərin suallarını cavablandırıb: 

 

- Bilirdik ki, oyun çətin keçəcək və buna yaxşı hazırlaşmışdıq. Məşqçimizin verdiyi tapşırıqları oyun zamanı bacardığımız qədər düzgün yerinə yetirməyə çalışdıq. Əziyyətimizin bəhrəsini qolla gördük, qollar gözlədiyimiz vaxtlarda gəldi. Sonda müəyyən qədər arxaya çəkildik, komandada yorğunluq var idi. Çünki ikinci hissənin əvvələrində çox işləmişdik, mübarizə aparmışdıq. Buna baxmayaraq, gücümüzü topladıq və qələbə qazana bildik. Qələbə münasibəti ilə azarkeşlərimizi, bütün “Neftçi” sevənləri təbrik edirəm.

 

- Qeyd etdiniz ki, qollar istədiyimiz vaxtlarda gəldi. Yəqin ki, “İnter”in qol vuracağını da gözləmirdiniz...

- İkinci qoldan sonra komandada müəyyən qədər arxayınlıq yarandı, geri çəkilməli olduq. Çünki hesabı olduğu kimi saxlamağa çalışırdıq. Bununla “İnter”in zəif oynadığını demək istəmirəm. Rəqib sona qədər yaxşı oynadı, yaxşı futbolçuları var. Sadəcə, biz imkanlarımızdan yaxşı istifadə etdik və onların geridönüş üçün vaxtları qalmamışdı.

 

- Bu gün “Neftçi”nin 80 illik yubileyi qeyd olunurdu. Bu amilə görə üzərinizdə təzyiq yox idi?

- Əlamətdar günə görə üzərimizdə hansısa təzyiq yox idi. Bu, bizə əlavə motivasiya verdi. Bu gün mütləq qələbə qazanmalı və azarkeşlərimizi sevindirməli idik. Düşünürəm ki,layiqli qələbə qazandıq. Oyundan-oyuna komanda daha yaxşı oynayır, qazanılan qələbələr bizə əlavə motivasiya verir. Deyərdim ki, “Qəbələ” üzərində qələbə bizə böyük güc vermişdi.

 

- Rəqib qapıçının boyunun balaca olması vurduğunuz qollara təsir etdimi?

- Demək olar ki, birinci qolda həmin amil rol oynadı. Qapıçı bir az hüdür olsa idi, bəlkə də, o topu qaytarardı. Amma ikinci qolda boy amili rol oynamadı. Məşqçimiz də tapşırmışdı ki, qapıçının boyu balacadır, bacardığınız qədər uzaqdan zərbələr vurun. Məncə, bunu maksimum yerinə yetirə bildik.

 

- 80 yaşlı klubun yubiley günündə tribunada az sayda azarkeşin olması sənə necə təsir edir?

- Düzdü, futbolu azarkeşsiz təsəvvür etmək olmur. Son oyunlarda görürəm ki, azarkeşlərimizin sayı artmaqdadır. Təbii ki, bu, komandanın arıdıcıl qələbələr qazanması ilə bağlıdır. Biz də qələbələr qazanıb, azarkeşlərimizi artırmağa çalışacağıq. 

Xəbər xətti