Amit Quluzadənin komandası qalib gəldi

00:58 - 19 Mart 2017

Futbol üzrə Yunanıstan çempionatında 25-ci turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Amit Quluzadənin çıxış etdiyi AEL doğma meydanda "Panetolikos"la qarşılaşıb. Matç həmyerlimizin komandasının 1 - 0 hesablı qələbəsiylə başa çatıb.

 

Amitin adı bu qarşılaşmanın iştirak ərizəsində yer almayıb.

 

Qeyd edək ki, AEL geridə qalan turlarda topladığı 24 xalla 16 klub arasında 12-ci pillədə qərarlaşıb.

Xəbər xətti