Paşayev oynadı, komandası darmadağınla qalib gəldi

01:13 - 19 Mart 2017

Ukrayna Premyer Liqasında 22-ci turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, milli komandamızın üzvü Pavel Paşayevin şərəfini qoruduğu "Stal" doğma meydanda "Aleksandriya"nı qəbul edib. Qarşılaşma meydan sahiblərinin 4 - 1 hesablı qələbəsiylə başa çatıb.

 

Pavel Paşayev bu matça start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub.

 

Qeyd edək ki, "Stal" 22 turdan sonra 24 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb

 

Xəbər xətti