Giqqs İngiltərə klublarının uğursuz çıxışının səbəbini açıqladı

11:23 - 19 Mart 2017

"Mançester Yunayted"in sabiq futbolçusu Rayan Giqqs İngiltərə klublarının Çempionlar Liqasındakı çıxışını dəyərləndirib.

 

Sportal.az xəbər verir ki, uelsli futbol əfsanəsi Premyer Liqa təmsilçilərinin Avropada uğursuz nəticələrinin səbəbini açıqlayıb. "The Telegraph"a danışan Giqqs İngiltərə klublarının futolçularının səviyyəsinin aşağı olduğunu bildirib:

 

"Premyer Liqa klubları əvvəlki futbolçu keyfiyyətlərinə sahib deyil. 2005-2012-ci illərdəki uğurları gətirən güclü heyyətləri artıq görə bilmirik. Bu mövsüm mübarizə aparan komandalara baxsaq, Serxio Aquero və Aleksis Sançesdən başqa Çempionlar Liqası səviyyəsində futbolçuların olduğunu düşünmürəm".

 

"Lester"in Avropadakı çıxışı barədə danışan veteran futbolçu "Barselona", "Real" və "Bavariya" kimi klubların arasında yer almaları həqiqətən də möcüzə kimi bir şeydi. Amma yenə də turnirin qalibi olmaq üçün heyətinizdə ən azı 3 dünya səviyyəsində futbolçu olmalıdı. Hazırda nə "Lester"də, nə də başqa bir ingilis klubunda belə bir şey görə bilmirəm" deyərək fikirlərini yekunlaşdırıb.

Xəbər xətti