Dəniz Yılmazın qolu "Bursaspor"a qələbə qazandırmadı

21:29 - 19 Mart 2017

Türkiyə Super Liqasında 25-ci turun oyunları davam edir.

 

Sportal.az xəbər verir ki, milli komandamızın üzvü Dəniz Yılmazın şərəfini qoruduğu "Bursaspor" doğma meydanda "Alanyaspor"u qəbul edib. Qarşılaşma qonaqların 3 - 1 hesablı qələbəsiylə başa çatıb.

 

Dəniz matça start heyətdə başlayıb və 90 dəqiqə ərzində meydanda olub. O, 45-ci dəqiqədə penaltidən fərqlənməklə komandasının yeganə qolunun müəllifi olub.

 

Qeyd edək ki, 25 turdan sonra aktivində 32 xal olan "Bursaspor" turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.

Xəbər xətti