"Qarabağ"ın futbolçusu milliyə dəvət aldı

22:49 - 19 Mart 2017

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik olub.

 

Sportal.az xəbər verir ki, baş məşqçi Yaşar Vahabzadə toplanışa daha bir futbolçu dəvət edib. Belə ki, “Qarabağ”ın müdafiəçisi Elgün Uluxanov da yığmaya qoşulacaq.

 

Qeyd edək ki, gənclər millimiz martın 20-dən 25-dək Bakıda təlim-məşq toplanışında olacaq.

Xəbər xətti