Əfran İsmayılov: "Deyirlər ki, almanlar qapımıza "dolduracaq"

11:11 - 20 Mart 2017

"Maraqlı oyun oldu. Gərgin qarşılaşma keçdi. Qol imkanlarından yararlana bilmədik".

 

Sportal.az xəbər verir ki, bunu açıqlamasında "Qarabağ"ın yarımmüdafiəçisi Əfran İsmayılov deyib. 

 

Azərbaycan Premyer Liqasının XXIII turu çərçivəsində keçirilən "Zirə" - "Qarabağ"  matçı qolsuz başa çatıb. Qarşılaşmadan sonra açıqlama verən İsmayılov jurnalistlərin suallarını cavablandırıb.  

 

- "Zirə"nin meydana istəkli çıxmışdı. Sizə elə gəlmir ki, bu, bütün söz-söhbətlərə son qoymaq üçün idi?  

- "Ümumiyyətlə, yaxınlıq söhbəti heç vaxt olmayıb. Bunlar hamısı boş söz-söhbətlərdi. Bu, birdaha başa çatan qarşılaşmada öz təsdiqini tapdı. Hər iki komanda qələbə qazanmaq istəyirdi. Biz qarşıdakı oyunlarımızda qələbə qazansaq, hər şey qaydasına düşəcək.  

 

- Qarşıda Almaniya ilə oyun var. Dünya çempionları ilə oyunda nəyə ümid edək?  

- Əsas odur ki, bir yerdə olaq. Hamını stadiona dəvət edirəm. Nəyimiz varsa, ortaya qoyacağıq. Nə olacaqsa, olacaq. Arada həqiqətən də böyük fərq var. Əlimizdən gələni etməyə çalışacağıq. Deyirlər ki, almanlar qapımıza "dolduracaq", elə edəcək, belə edəcək... İstədiyimiz oyunu meydanda gerçəkləşdirə bilsək, bizim üçün yaxşı olacaq.

Xəbər xətti