Əvvəl Löv, sonra Prosineçki

11:33 - 20 Mart 2017

DÇ-2018-in seçmə mərhələsində martın 26-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – Almaniya oyunu ərəfəsində təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı açıqlanıb.

 

Sportal.az xəbər verir ki, qonaqların çalışdırıcısı Yoahim Löv media mənsubları qarşısına daha əvvəl çıxacaq.

 

25 mart  Almaniya milli komandası
Saat 17:00. Mətbuat konfransı
Saat 17:45. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq     

 

25 mart
Azərbaycan milli komandası
Saat 19:30. Mətbuat konfransı
Saat 20:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq  

 

Hər iki məşq və mətbuat konfransı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Xəbər xətti