"Qəbələ"nin 400-cü qolu, Bezotosnının 100-cü oyunu

13:19 - 20 Mart 2017

Premyer Liqasının XXIII turu “Qəbələ”də iki əlamətdar hadisə ilə diqqət çəkib.

 

Sportal.az xəbər verir ki, AZAL-la səfər qarşılaşması (1:1) “qırmızı-qaralar”ın qapıçısı Dmitri Bezotosnı üçün yubiley oyunu olub. Ukraynalı qolkiper komandanın heyətində 100-cü matçını keçirib. 2015-ci ilin yanvarından “Qəbələ”də çıxış edən Bezotosnı çempionatda 66, avrokuboklarda 26, ölkə kubokunda 8 matç keçirib. Bu müddətdə 76 qol buraxan legioner klub tarixində 100 və daha çox oyun keçirən 6-cı futbolçu olub. Onadək Dodo, Ürfan Abbasov, Viktor Mendi, Samir Zərgərov və Rafael Santos bunu bacarmışdı. Dmitri 100-cü matça çıxmaqla “Qəbələ”də ən çox matç keçirən qapıçı ünvanına da yiyələnib. AZAL-la görüşədək Bezotosnı Pavel Doroşevlə eyni sayda – 99 oyun keçirmişdi.

 

mövsüm

turnir

O

D

Q

SV

QV

2014/15

çempionat

15

1304

-7

0

1

2014/15

kubok

2

180

-3

0

0

2015/16

UEFA Avropa Liqası

12

1080

-11

1

0

2015/16

çempionat

28

2437

-16

0

0

2015/16

kubok

4

390

-4

0

0

2016/17

Avropa Liqası

14

1260

-21

0

0

2016/17

çempionat

23

2070

-13

0

0

2016/17

kubok

2

180

-1

0

0

 

Cəmi

100

8901

-76

1

1

 

AZAL-la oyunda “Qəbələ”nin yeganə qoluna imza atan Tellur Mütəllimov da klubun tarixinə düşüb. Müdafiəçi komandanın Premyer Liqada 400-cü qoluna imza atıb. Bu matçadək “qırmızı-qaralar” ölkə çempionatının yüksək dəstəsində 399 dəfə fərqlənmişdi. 400-cü qol 331-ci matça təsadüf edib. Bu qollardan 212-si evdə, 188-i səfərdə vurulub.

“Qəbələ”nin bütün yubiley qolları

1-ci qol - 2006/07 mövsümü

Vüsal Qarayev - 11.08.2006. MKT-Araz (İmişli) - Gilan (Qəbələ) - 4:1

100-cü qol - 2009/10 mövsümü

Kənan Kərimov - 09.02.2010. Qəbələ - Turan (Tovuz) - 1:0

200-cü qol - 2012/13 mövsümü

Lourival Assis - 03.11.2012. Qəbələ - Neftçi (Bakı) - 2:1

300-cü qol – 2014/15 mövsümü

Viktor Mendi – 05.04.2015. AZAL – Qəbələ – 0:4

400-cü qol – 2016/17 mövsümü

Tellur Mütəllimov – 19.03.2017. AZAL – Qəbələ - 1:1

Xəbər xətti