"Messi artıq heç kəsin çata bilməyəcəyi səviyyədədi"

13:44 - 20 Mart 2017

"Barselona"nın baş məşqçisi Luis Enrike Leonel Messinin statistikalarının inanılmaz olduğunu bildirib.

 

Sportal.az xəbər verir ki, argentinalı hücumçu La Liqanın 28-ci turunda "Valensiya" ilə matçda (4:2) 2 qol vuraraq, bütün turnirlərdə ardıcıl 8-ci mövsüm 40-dan çox qol vuran  İspaniya çempionatında çıxış edən futbolçu olub. Enrike 30 yaşlı ulduz futbolçunun çıxışını belə dəyərləndirib:

 

"Messi demək olar ki, bütün rekordları qırıb və qırmağa da davam edəcək. Onu izləmək zövq verir. Leonun rəqəmləri inanılmazdı. O, artıq heç kəsin çata bilməyəcəyi səviyyədədi. Bunu gələcəkdə daha yaxşı başa düşəcəyik".

 

Ehtiyatında bir oyunu olan "Real"dan 2 xal geri qalan "Barselona"nın çempionluq şanslarını dəyərləndirən 46 yaşlı mütəxəssis "çempionluq şansımız davam edir. Mübarizə aparmağa davam edəcəyik. "Real"la aramızdakı fərqi qapatmaq üçün önümüzə çıxan hər fürsəti dəyərləndirməyə çalışacağıq" deyə fikirlərini yekunlaşdırıb.

Xəbər xətti