"Mançester Yunayted"dən yubiley qələbəsi

16:10 - 20 Mart 2017

"Mançester Yunayted" üçün İngiltərə Premyer Liqasının 29-cu turunda "Midlsbro" ilə oyun əlamətdar olub.
 
Sportal.az xəbər verir ki, bu görüşdə 3:1 hesabı ilə qalib gələn "qırmızı şeytanlar" ölkə çempionatı tarixində 600-cı qələbəsini qazanıb.
 
Qeyd edək ki, "MY" bu göstəricidə ilk pillədə qərarlaşıb. "Arsenal" ikinci (517 qələbə), "Çelsi" üçüncüdür (508 qələbə).

Xəbər xətti