Millimizdə ciddi itkilər: Almaniyaya qarşı oynamayacaqlar

00:04 - 21 Mart 2017

DÇ-2018-in seçmə mərhələsində Almaniya ilə qarşılaşacaq futbol üzrə milli komandamız hazırlıqlarını davam etdrir. 

 

Sportal.az xəbər verir ki, toplanışın ikinci günündə yığmamızın heyətində itkilər üz verib. Belə ki, "Neftçi"nin üzvləri Namiq Ələsgərovla Ruslan Abışov komandanın düşərgəsini tərk ediblər. Buna hıər iki futbolçunun zədələnməsi səbəb olub. 

 

Hər iki futbolçunun Almaniya ilə oyunu buraxacaqları dəqiqdir. 

 

Qeyd edək ki, Azərbaycan - Almaniya oyunu martın 26-da baş tutacaq. 

Xəbər xətti