Millimizin üzvünün qardaşı "Feyenoord"la müqavilə imzaladı

12:48 - 21 Mart 2017

21 yaşadək futbolçulardan ibarət millimizin futbolçusu Ozancan Kökçünün qardaşı Orkun Kökçü özünün ilk peşəkar müqaviləsini imzalayıb.

 

Sportal.az xəbər verir ki, 16 yaşlı futbolçu Hollandiyanın “Feyenoord” klubu ilə münasibətlərini rəsmiləşdirib. O, 2020-ci ilin yayına qədər “Feyenoord”un uğurları üçün çalışacaq.

 

Qeyd edək ki, Ozanan Kökçü də “Feyenoord”da çıxış edir.

Xəbər xətti