Səhv qərar verən hakim futboldan ömürlük uzaqlaşdırıldı

13:13 - 21 Mart 2017

Qanalı hakim Jozef Lampti futboldan ömürlük uzaqlaşdırılıb.

 

Sportal.az xəbər verir ki, o, DÇ-2018-in seçmə mərhələsində Cənubi Afrika Respublikası - Seneqal oyununda kobud səhvə yol verdiyi üçün bu cəzaya məruz qalıb.

 

Meydan sahibləri 2:1 hesabı ilə qalib gəldikləri oyunda ilk qolu hakimin yanlış qərarı ilə təyin edilən penaltidən vurub.

 

Ötən ilin noyabrında keçirilən oyunu araşdıran FİFA-nın Nizam İntizam Komitəsi 43 yaşlı referini ömürlük futboldan uzaqlaşdırıb. 

Xəbər xətti