Nazarov: "Almaniyaya asan təslim olmayacağıq"

15:16 - 21 Mart 2017

Almaniyanın "Aue" klubunda çıxış edən milli komandamızın üzvü Dmitri Nazarov bu ölkənin mətbuatına açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi millimizin DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Almaniya ilə keçirəcəyi oyun haqda danışıb. Nazarov rəqibə təslim olmayacaqlarını bildirib:

 

"Dünya çempionu Azərbaycana gəlir. Bu, bizim ölkəmiz üçün bayramdır. Əlbəttə, Almaniyaya qarşı oynamaq çətindi. Ancaq hər şey ola bilər. Biz İtaliya və Xorvatiya kimi millilərə qarşı yaxşı oyun sərgiləmişik. Ona görə də narahat olmalı deyilik. Asan təslim olmayacağıq".

 

Qeyd edək ki, Azərbaycan – Almaniya oyunu martın 26-da saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Xəbər xətti