Mövsümün sonunda "Qalatasaray"dan gedir

16:11 - 21 Mart 2017

Mövsümün sonunda “Qalatasaray”dan ayrılacaq daha bir futbolçunun adı müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, söhbət Kamerun millisinin üzvü Aurelian Şedjudan gedir. Bu barədə məlumatı futbolçunun özü Fransanın “SFR Sport” telekanalına açıqlamasında deyib. O bildirib ki, artıq yekun qərarını verib və mövsümün sonunda İstanbul nəhəngindən gedəcək.

 

Şedju İngiltərənin “Suonsi” və “Southempton” klubları ilə danışıqlar apardığını, lakin anlaşa bilmədiyini də sözlərinə əlavə edib.

 

Qeyd edək ki, müdafiəçi 2013-cü ildən “cim-bom”un uğurları üçün çalışır.

Xəbər xətti