Neymar oynamaq istədiyi çempionatın adını açıqladı

18:06 - 21 Mart 2017

“Barselona”nın futbolçusu Neymar maraqlı açıqlaması ilə gündəmə gəlib.

 

Sportal.az xəbər verir ki, braziliyalı futbolçu oynamaq istədiyi çempionatın adını açıqlayıb. “Sambaçı” bildirib ki, İngiltərə çempionatında top qovmaq ehtimalı var:

 

“Premyer Liqa məni heyrətləndirən çempionatdır. Bir gün İngiltərədə oynamaq istəyərəm. “Mançester Yunayted”,  “Çelsi”, “Arsenal” və “Liverpul”a heyranam”.

 

Qeyd edək ki, Braziliya millisinin üzvünün “Barselona” ilə meqaviləsi 2021-ci ilin yayında başa çatacaq.

Xəbər xətti