Ronaldoya daha bir mükafat

00:46 - 22 Mart 2017

Portuqaliya Futbol Federasiyası 2016-cı ilin ən yaxşı futbolçusunu açıqlayıb.

 

Sportal.az xəbər verir ki, bu ölkənin Eştoril şəhərində keçirilən tədbirdə ötən ilin ən yaxşı futbolçusu “Real”ın hücumçusu Kriştiano Ronaldo seçilib. Hücumçu “Real”dakı komanda yoldaşı Pepe və Rui Patrisiunu ("Sportinq") geridə qoyub.

 

Ən çox perspektiv vəd edən futbolçu mükafatına “Bavariya”nın yarımmüdafiəçisi Renatu Sançeş sahib çıxıb. İlin ən yaxşı komandası adını AÇ-2016-nı qalib başa vuran Portuqaliya millisi, ən yaxşı baş məşqçi isə millinin çalışdırıcısı Fernando Santuş qazanıb.

 

Xatırladaq ki, Ronaldo ötən il “qızıl top”, həmçinin FİFA-nın versiyasına görə ilin ən yaxşı futbolçusu mükafatını da qazanmışdı.

Xəbər xətti