Fatih Terim: "Dünya çempionatına vəsiqə qazanacağımıza inanırıq"

11:14 - 22 Mart 2017

Türkiyə millisinin çalışdırıcısı Fatih Terim DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Finlandiya ilə oyunöncəsi jurnalistlərin suallarını cavablandırıb.

 

Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis komandasının final mərhələsinə vəsiqə qazanacağına inandığını söyləyib:

 

“Rusiyada keçiriləcək mundialda iştirak etmək istəyirik. Bu komandanın final mərhələsinə vəsiqə qazanacağına inanıram. Finlandiya ilə oyunun əhəmiyyəti haqda çox danışmağa ehtiyac yoxdu. Yalnız qələbə qazanmalıyıq, başqa çarəmiz yoxdu. Bu oyuna köklənməliyik”.

 

Terim milliyə ilk dəfə dəvət alan Güray Vural, Dəniz Türüc və Sərdar Gülərdən danışıb: “Bu futbolçular nümayiş etdirdikləri performansa görə, yığmaya layiq idilər. İnanıram ki, bizə faydalı olacaqlar”.

 

Qeyd edək ki, Türkiyə - Finlandiya matçı martın 24-ü, Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

 

Əlavə edək ki, Türkiyə qrupda 5 xalla 4-cü, Finlandiya isə 1 xalla 5-cidir. Qrup lideri isə 10 xalla Xorvatiyadır.

Xəbər xətti