Kurtuadan "Real" açıqlaması

11:31 - 22 Mart 2017

"Çelsi"nin qolkiperi Tibo Kurtua gələcək karyerasından söz açıb.

 

Sportal.az xəbər verir ki, belçikalı qolkiper adının "Real"la hallanmasına münasibət bildirib:

 

"Əgər siz öz mövqeyinizin ən yaxşılarından birisizsə, şayiələr hər zaman dolaşacaq. Mən öz işimi ən yaxşı şəkildə görməyə çalışıram. "Real"? Özümü "Real"da deyil, "Çelsi"də təsəvvür edirəm. Mənə elə gəlir ki, "Çelsi"nin əsas oyunçularından biriyəm. Ona görə də, özümü başqa yerdə təsəvvür edə bilmirəm. "Real"ın Keylor Navas kimi böyük qapıçısı var".

 

Qeyd edək ki, 24 yaşlı belçikalı əlcək sahibi 2011-ci ildə "Çelsi"yə "Genk"dən transfer edilib. Kurtua 2011/14-cü illərdə Madrid "Atletiko"sunda icarə əsasında çıxış edib.

Xəbər xətti