"Beşiktaş"dan Abubakara xəbərdarlıq

13:51 - 22 Mart 2017

“Beşiktaş”ın prezidenti Fikrət Orman komandanın hücumçusu Vinsent Abubakara xəbərdarlıq edib.

 

Sportal.az xəbər verir ki, klub prezidenti kamerunlu hücumçuya mövsümün sonuna kimi formasını artırmayacağı təqdirdə göndəriləcəyini bildirib.

 

Fikrət Orman mövsümün əvvəlində “Portu”dan icarəyə götürülən hücumçunun ilk dövrədəki çıxışından və son iki oyunda qırmızı vərəqə almasından narazı qaldığı vurğulanıb. Bu səbəbdən 25 yaşlı hücumçunun "əjdahalar"a geri göndəriləcəyi gözlənilir.


Qeyd edək ki, Abubakar Avropa Liqasının 1/8 final mərhələsinin “Olimpiakos” (4:1) və Türkiyə Super Liqasının “Antalyaspor”la (0:0) oyunlarda qırmızı vərəqə alaraq, mənfi mənada diqqət mərkəzinə düşüb.

 

Əlavə edək ki, Kamerun millisinin üzvü olan forvard bu mövsüm "qara qartallar"ın heyətində 13 qol vurub.

 

Xəbər xətti