"Monako" 110 milyonluq təklifi geri çevirdi

14:24 - 22 Mart 2017

Son zamanlar bütün dünyanın diqqət mərkəzində olan Kilian Mbappeyə görə “Monako”ya təklif gəlib. Sportal.az xəbər verir ki, adı açıqlanmayan İngiltərə klublarından biri gənc futbolçu üçün 110 milyon avro ödəməyə hazırdır. Lakin Fransa klubu bu təklifi geri çevirib.

 

18 yaşlı oyunçuya həmçinin “Real”ın çalışdırıcısı Zinəddin Zidan da maraq göstərir. Mətbuatda yer alan məlumatlara görə, Zidan onu “Real”a gətirməkdə israrlıdır.

 

Qeyd edək ki, Mbappe bu mövsüm Fransa çempionatında 22 oyuna çıxıb, 12 qol vurub və 5 məhsuldar ötürmə eləyib. 

Xəbər xətti