Almanlar Renat Dadaşov haqda: "Böyük qardaşının izi ilə gedir"

15:45 - 22 Mart 2017

Almaniya mətbuatı Azərbaycan milli komandasına ilk dəfə dəvət alan Renat Dadaşovdan yazıb.

 

Sportal.az xəbər verir ki, həmkarlarımız “Ayntraxt”ın 17 yaşlılardan ibarət komandasında oynayan Renatın yığmada debüt oyununu Almaniyaya qarşı keçirə biləcəyindən yazıblar:

 

“17 yaşlı forvard Frankfurt təmsilçisinin heyətində 7 oyuna 5 qol vurub. Qış fasiləsində “Leyptsiq”dən “Ayntraxrt”a keçib. İstedadlı oyunçu Almaniya ilə matçda Azərbaycanın heyətində debüt edə bilər. Renatın tarixi vətənində, valideynlərinin bağlı olduğu ölkənin yığmasında beynəlxalq debütü bu qarşılaşamda baş tuta bilər. Renat daha əvvəl Azərbaycanın U-15 yığmasında çıxış edib. Ancaq 2016-cı ildə Almaniya millisini seçib. Renat Dadaşov ötən il Bakıda keçirilən U-17 millilərinin Avropa çempionatının final mərhələsində Almaniyanın heyətində qol vurub və yarımfinaladək irəliləyib. Ancaq həmin mərhələdə İspaniyaya 1:2 hesablı məğlub olaraq turnirdən kənarda qalıb. 

 

Renat 25 yaşlı böyük qardaşı Rüfətin izi ilə gedir. Rüfət Almaniyanın Regional Liqasında - Şimal-Şərqdə çıxış edən “Meuzelvits” komandasında oynayır. Rüfət Dadaşov Azərbaycan millisində 16 oyunda 4 qol vurub”.

Xəbər xətti