Huntelar yuvaya dönür

19:36 - 22 Mart 2017

Klaas Yan Huntelar mövsümün sonunda "Şalke"dən ayrılacaq.

 

Sportal.az xəbər verir ki, "Şalke"də heyətə düşməyə çətinlik çəkən ulduz futbolçu yayda Almaniyanı tərk edəcək. "Bild" nəşrinin yazdığına 33 hollandiyalı yaşlı hücumçu ölkəsinə qayıdacaq. Belə ki, Hunteların 2006-2009-cu illərdə çıxış etdiyi "Ayaks"a keçəcəyi gözlənilir.

 

Qeyd edək ki, təcrübəli forvard bu mövsüm "Şalke"nin heyətində meydana çıxdığı 15 qarşılaşmada 4 qol vurmağı bacarıb.

Xəbər xətti