"Arsenal"da ciddi itki

00:20 - 23 Mart 2017

"Arsenal"ın heyətində ciddi itki baş verib.

 

Sportal.az xəbər verir ki, London təmsilçisinin qapıçısı Petr Çex zədələnib. Çexiyalı qolkiper İngiltərə Premyer Liqasının 30-cu turunda "Mançester Siti" ilə oyunu buraxacaq.

 

Buna səbəb onun "Vest Bromviç"ə qarşı matçda (1:3) zədə almasıdır. Təcrübəli "əlcək sahibi"nin nə zaman yaşıl meydeanlara qayıdacağı hələ müəyyənləşməyib.

 

Qeyd edək ki, "Arsenal" - "Mançester Siti" görüşü aprelin 2-i keçiriləcək.

Xəbər xətti