Almaniya Bakıya qələbə ilə gəlir VİDEO

01:41 - 23 Mart 2017

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində milli komandamızla qarşılaşacaq Almaniya yığması yoldaşlıq matçında qüvvəsini sınayıb.

 

Sportal.az xəbər verir ki, son dünya çempionları doğma metdanda İngiltərə millisini qəbul edib. Qarşılaşma Yoahim Yövün yetirmələrinin minimal hesablı qələbəsiylə başa çatıb.

 

Qeyd edək ki, Azərbaycan – Almaniya oyunu martın 26-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

 

 

Almaniya - İngiltərə 1:0

QOL: Lukas Podolski, 69

 

Xəbər xətti