Almaniya millisində daha bir itki

10:28 - 23 Mart 2017

Almaniya millisi DÇ-2018-in seçmə mərhələsi çərçivəsində millimizlə oyuna daha bir itki ilə çıxacaq.

 

Sportal.az xəbər verir ki, dünən İngiltərə ilə yoldaşlıq matçında yığmada debüt oyununda zədələnən Timo Verner paytaxtımıza gəlməyəcək. 77-ci dəqiqədə zədələnərək əvəzlənən gənc hücumçu komandanın düşərgəsindən ayrılıb.

 

Qeyd edək ki, martın 26-da Bakıda millimizin qonağı olacaq Bundestimin heyətində Sami Xedira, Məsut Özil, Mario Qomes və Yulian Draksler də zədəlidir.

Xəbər xətti