Lukas Podolski 4-cü oldu

11:31 - 23 Mart 2017

Almaniya milli komandası yoldaşlıq görüşündə İngiltərəni 1:0 hesabı ilə məğlub edib. Qarşılaşmada yeganə qola yığma karyerasında son oyununu keçirən Lukas Podolski imza atıb.

 

Sportal.az xəbər verir ki, Bundestimin heyətində 130-cu oyununa çıxan hücumçu 49-cu dəfə rəqib qapıçıları məyus etməyi bacarıb. 31 yaşlı futbolçu Almaniya millisinin heyətində ən çox qol vuran 4-cü futbolçudur.

 

Almaniya millisinin heyətində ən çox qol vuran futbolçular:

 

1. Miroslav Kloze 71 qol / 137 oyun
2. Gerd Müller 68 qol / 62 oyun
3. Yoahim Ştrayx 55 qol /102 oyun
4. Lukas Podolski 49 qol / 130 oyun
5. Yürgen Klinsmann 47 qol / 108 oyun
5. Rudi Völler 47 qol / 90 oyun
7. Karl-Hayns Rummenigge 45 qol / 95 oyun
8. Uve Zeeler 43 qol / 72 oyun
9. Mihael Ballak 42 qol / 98 oyun
10. Oliver Birhoff 37 qol / 70 oyun
11. Tomas Müller* 36 qol / 84 oyun
12. Ulf Kirsten 34 qol / 100 oyun

13. Frits Valter 33 qol / 61 oyun
14. Klaus Fişer 32 qol / 45 oyun
15. Ernst Lener 31 qol / 65 oyun
16. Andreas Möller 29 qol / 85 oyun
16. Mario Qomes* 29 qol / 69 oyun
18. Edmund Konen 27 qol / 28 oyun
19. Eberhard Voqel 25 qol / 74 oyun
20. Riçard Hofmann 24 qol / 25 oyun
20. Bastian Şvaynştayger 24 qol / 121 oyun

Xəbər xətti