Mahmud Qurbanov "İnter"də?

13:10 - 23 Mart 2017

"İnter"də rəhbərliyin dəyişməsindən sonra baş məşçqi postunda da dəyişikliyin olması gözlənir. Komandanın yeni baş məşqçisi Mahmud Qurbanov ola bilər. Sportal.az xəbər verir ki, bu barədə AFFA-dan Sportinfo.az-a məlumat daxil olub. Federasiyadan verilən informasiyaya görə, mayda Zaur Svanadzenin görəvinə son verilməsi nəzərdə tutulub və onu əvəzləməyə əsas namizəd Robert Prosineçkinin köməkçisidi.

 

Həmçinin bildirilib ki, millinin xorvatiyalı sükançısı da Qurbanovun "İnter" variantını dəstəkləyir. Axı onun digər yardımçısı - Elxan Abdullayev də "Neftçi"dədi. AFFA-nın niyyəti "Neftçi"nin timsalında millinin bazasını formalaşdırmaq, "İnter"in isə əsasən gənclərə üstünlük verməsini təmin etməkdi. 

 

Xəbər xətti