Dieqo Simeone: “Real”ı heç vaxt çalışdırmaram”

13:51 - 23 Mart 2017

Madrid “Atletiko”sunun çalışdırıcısı Dieqo Simeone maraqlı açıqlamalar verib.

 

Sportal.az xəbər verir ki, 46 yaşlı mütəxəssis Madridin digər klubu “Real”ı heç vaxt çalışdırmayacağını söyləyib:

 

“Atletiko”dan ayrılıb başqa kluba getmək istəsəydim, 35 milyon avro qazana bilərdim. Ayrılamadım, çünki getmək istəmirdim. Hazırda yaxşı vəziyyətdəyik. “Real”ı heç vaxt çalışdıra bilmərəm. Hisslərim buna imkan vermir. Onsuz da onlar da mənə dəvət göndərməz”.

 

Argentinalı çalışdırıcı komandanın əsas fiqurlarından biri olan Antuan Qrizmann haqda danışıb:

 

“Qrizmann komandanın hücum xəttindəki ən sürətli oyunçusudu. Ona bir təlimat verin, həmin tapşırığı həyata keçirəcək. Çox sürətlidi, vaxt itirmir, inanılmaz dərəcədə ağıllıdı. Verdiyimiz taktikalardan əlavə, meydanda nə edəcəyini çox yaxşı bilir”.

 

Simeone “Argentina milli komandasını çalışdırarsınızmı?” sualına belə caab verib:

 

“Argentina millisini çalışdıraram, amma bir məşqçi kimi özümü inkişaf etdirmək məcburiyyətindəyəm. Əgər məni istəsələr, karyeramın sonlarında millinin “sükanı arxasında” olmaq istəyərəm”.

 

Qeyd edək ki, Dieqo Simeone 2011-ci ildən “Atletiko”nu çalışdırır. 

Xəbər xətti