"Roma"nın futbolçusu "Çelsi" yolunda

14:19 - 23 Mart 2017

İngiltərənin “Çelsi” klubu yeni mövsüm üçün transfer fəaliyyətini davam etdirir.

 

Sportal.az xəbər verir ki, “zadəganlar” “Roma”nın aparıcı futbolçusu Raca Naynqolanla danışıqlara başlayıb. Bunu 28 yaşlı futbolçunun özü də təsqidləyib. Belçikalı oyunçu “Çelsi”nin baş məşqçisi Antonio Konte ilə transferi haqda müzakirələr apardığını deyib:

 

“Bəli, Premyer Liqada çıxış etmək variantım var. Konte özü mənimlə transferim haqda müzakirələr aparıb. Yekun qərarımı yayda verəcəm”.

 

Qeyd edək ki, Naynqolan 2014-cü ildən “Roma”da çıxış edir. Onun “canavarlar”la müqaviləsi 2020-ci ilin yayında başa çatacaq.

Xəbər xətti