Türkiyə klubunda yeni baş məşqçi

18:26 - 23 Mart 2017

Türkiyə Super Liqasında mübarizə aparan "Akhisar Bələdiyəspor" klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.

 

Sportal.az xəbər verir ki, Akhisar təmsilçisini Okan Buruk çalışdıracaq. 43 yaşlı mütəxəssislə 1,5 illik müqavilə imzalanıb. O, bu postda ötən həftə istefaya göndərilən Tolunay Kafkası əvəz edib.

 

Qeyd edək ki, Okan Burukun son iş yeri Türkiyə I liqasında mübarizə aparan "Göztəpə" olub.

Xəbər xətti