Messi maykası altında narkotika ticarəti

00:56 - 24 Mart 2017

Peru polisi üzərində “Barselona”nın Lionel Messinin fotosu əks olunmuş qutulardan külli miqdarda narkotik maddə ələ keçirib.

 

Sportal.az xəbər verir ki, Messi məhsulları kimi təqdim edilən qutulardan 1,417 kq narkotik maddə aşkarlanıb. Narkotik maddələrin təsadüfən ələ keçirildiyi qeyd edilib.

 

Qutularda bir neçə ədəd Lionel Messi maykalarının, onların altında isə narkotik maddələrin gizlədildiyi açıqlanıb.

 

Qeyd edək ki, ələ keçirilən narkotik maddənin 85 milyon avro dəyərində olduğu bildirilib. 

Xəbər xətti