Qvardioladan növbəti qadağa

01:04 - 24 Mart 2017

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola oyunçulara növbəti qadağa qoyub.

 

Sportal.az xəbər verir ki, təcrübəli çalışdırıcı futbolçulara şokolad, pitsa, meyvə şirəsi və başqa bəzi qidaları qəbul etməyi qadağan edib. İspaniyalı mütəxəssis oyunçuların sağlam qidalanması üçün klubun təlim-məşq bazalarındakı şokolad və başqa yüngül qida vasitələri olan aparatları yığışdırmağı əmr edib. O, həmçinin, dietoloq Silviya Tremoledayla oyunçular üçün yeni menyu hazırlayıb.

 

Maraq üçün bildirək ki, Qvardiola oyunçulara gecə vaxtı seks, təkbaşına səhər yeməyi və klubun bazasında interneti də qadağan edib.

Xəbər xətti