Azərbaycan – Almaniya oyununa nə qədər bilet satılıb?

11:26 - 24 Mart 2017

DÇ-2018-in seçmə mərhələsində baş tutacaq Azərbaycan – Almaniya oyununa bilet satışı davam edir.

 

Sportal.az xəbər verir ki, martın 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun üçün artıq 27 000-dən çox bilet satılıb.

 

Oyuna 2 gün qalmış satılmayan biletlərin sayı 3 minə bərabərdir.

 

Qeyd edək ki, biletləri 28 Mall Ticarət Mərkəzində, Bakcell Müştəri Xidmətləri mərkəzində (metronun Sahil stansiyasının yaxınlığı), Tofiq Bəhramov adına Respublika stadionu və "Bakcell Arena"nın kassalarında və Park Bulvar ticarət mərkəzində əldə etmək mümkündür. Həmçinin biletlərin online satışı www.tickets.affa.az saytında da həyata keçirilir.

Xəbər xətti