Hakimləri təhqir edən baş məşqçi 5 oyunluq cəzalandırıldı

13:05 - 24 Mart 2017

AFFA İntizam Komitəsinin iclası keçirilib.

 

Sportal.az xəbər verir ki, bu gün keçirilən iclasda 1-ci divizionun son turlarında baş verən qayda pozuntuları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

 

Birinci divizionun 20-ci turunun “Zaqatala” - MOİK matçında MOİK-in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.

 

1-ci divizionun 21-ci turunun “Energetik” - “Şahdağ” matçında “Energetik”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.

 

Oyunun 90+1-ci dəqiqəsində “Şahdağ”ın futbolçusu Elnur Şiriyev aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 160 manat cərimə olunub.

 

Oyunun 90+2-ci dəqiqəsində “Energetik”in futbolçusu Əsgər Nəbiyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 160 manat cərimə olunub.

 

1-ci divizionun 21-ci turunun MOİK - “Şəmkir” matçının 40-cı dəqiqəsində MOİK-in futbolçusu Mirkamil Əliyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub.

 

Oyunun 60-cı dəqiqəsində MOİK-in baş məşqçisi Ramil Əliyev hakimlər briqadasını təhqir etdiyinə görə 5 oyun texniki zonadan uzaqlaşdırılıb, klub 400 manat cərimə olunub.

Xəbər xətti