"Neftçi" qış fasiləsindən sonra ən çox xal toplayan iki klubdan biridir CƏDVƏL

14:09 - 24 Mart 2017

Premyer Liqada çempionluq mübarizəsi yalnız “Qarabağ” və “Qəbələ” klubları arasında getsə də, Avropa Liqasına vəsiqə üçün gərgin mübarizə gedir. “İnter” 3-cü pillədə mövqeyini möhkəmlədib və bu səbəbdən birdən-birə 4 klub – “Zirə”, “Neftçi”, “Kəpəz” və “Sumqayıt” mövsümü 4-cü pillədə başa vurmağa çalışır. Düzdü, “Neftçi”nin həm də ölkə kubokunu qazanaraq Avropa Liqasına vəsiqə qazanması mümkündür. Amma kubokda yarımfinalda “Qarabağ”, finala adlasa, “Qəbələ” - “İnter” cütünün qalibi ilə görüşəcəyini nəzərə alsaq, “Neftçi” çempionatda 4-cü pilləni tutmaqla vəsiqəni təmin eləmək istəyir.

 

Sportal.az-ın hazırladığı cədvələ baxsaq, qış fasiləsindən sonra “Neftçi”nin böyük sıçrayışını görə bilərik. 14 tura cəmi 9 xal toplayan komanda, qış fasiləsindən sonra 9 tura aktivinə 17 xal əlavə eləyib və bu dönəmdə ən çox xal toplayan iki klubdan biridi. “Neftçi” ilə yanaşı “Qarabağ” da qış fasiləsindən sonra 17 xal toplayıb. “Qəbələ” 16 xalla siyahıda üçüncüdür.

 

Qış fasiləsindən sonra yaxşı oyun sərgiləyən klublardan biri də “Zirə”di. Əgər Adil Şükürovun vaxtında 14 tura 15 xal qazanılmışdısa, Ayxan Abbasovla 9 tura o qədər xal toplaya biliblər. “Sumqayıt” yeni ilə yaxşı başlasa da, son turlar ardıcıl xal itkiləri ilə üzləşir. “Kəpəz” isə əksinə, pis başladı, amma son turlar toparlandı. AZAL demək olar bütün rəqiblərinə müqavimət göstərsə də, qış fasiləsindən sonra qələbəyə həsrətdi. 

 

 

 Premyer Liqa

 

 

Klublar

O

Q

H

M

T-F

X

1

Qarabağ

9

5

2

2

11-5

17

2

Neftçi

9

5

2

2

10-6

17

3

Qəbələ

9

4

4

1

12-6

16

4

Zirə

9

4

3

2

9-8

15

5

İnter

9

4

2

3

12-11

14

6

Kəpəz

9

2

3

4

6-11

9

7

Sumqayıt

9

2

2

5

7-12

8

8

AZAL

9

0

2

7

4-12

2

Xəbər xətti