ŞOK! AFFA Renat Dadaşova 1 milyon verib!

12:11 - 25 Mart 2017

Almaniyanın məşhur “Bild” nəşri millimizi seçən Renat Dadaşovla bağlı şok iddia irəli sürüb.

 

Sportal.az xəbər verir ki, həmkarlarımız daha əvvəl Almaniyanın gənclərdən ibarət millisində oynayan futbolçunun Azərbaycan millisini seçməsinin təfərrüatlarını yazıb.

 

Mənbədə bildirilir ki, gənc hücumçu böyük pullar qarşılığında millimizdə oynamağa razılıq verib:

 

“Renat Dadaşov kimi futbolçunun Azərbaycan millisini seçməsi qəribədir. O, 17 yaşlı istedadlı futbolçudur, Almaniyada daha parlaq karyerası ola bilərdi. Çünki o, Almaniyanın 17 yaşlılardan ibarət millisində uğurlu çıxış edirdi, özünü yaxşı tərəfdən göstərmişdi. Onun Azərbaycan millisini seçməsində pul böyük rol oynayıb. O, 1 milyon dollar qarşılığında Azərbaycan millisini seçib. Bundan əlavə, paytaxtda ona ev də verilib. “Leyptsiq”də ayına 2500 avro alan futbolçu böyük pullar qazanmaq üçün Azərbaycan millisində oynamağa razılıq verib”.

 

Qeyd edək ki, Renatın DÇ-2018-in seçmə mərhələsində  sabah baş tutacaq Azərbaycan – Almaniya oyununda millimizin heyətində debüt edəcəyi gözlənilir.

Xəbər xətti