Berti Foqts: "Həmin məğlubiyyətə görə AFFA mükafat ödəmək istəyirdi" MÜSAHİBƏ

13:39 - 25 Mart 2017

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində martın 26-da keçiriləcək Azərbaycan – Almaniya oyununu yayımlayacaq Almaniya televiziyasında ekspert qismində çıxış edəcək milli komandamızın sabiq baş məşqçisi Berti Foqts müsahibə verib.

 

Sportal.az "Bild" nəşrinə istinadən müsahibəni təqdim edir:

 

- Bu kubok oyununa bərabərdi. Almaniya qalib gəlmək üçün Azərbaycanı səhv etməyə məcbur etməlidi. Erkən qol vacibdi.

 

- Azərbaycan millisi niyə təhlükəli komandadı?

- Oyunda hesab açılmayanda azərbaycanlı oyunçular özlərinə çox güvənir. Belə oyunlarda ən azı heç-heçə üçün vuruşurlar. Bir daha dediyim ki, erkən qol vacib amildi. Bəzi müqayisələr apara bilərəm

 

- Buyurun, maraqlı olardı.

- Mən azərbaycanlı futbolçu olsaydım, deyərdim ki, Bundesliqada oynaya bilərəm. Bunu bacararam.

 

- Azərbaycan millisinin heyətində legioner həyatı yaşayan neçə futbolçu var?

- Elə də çox deyil. Amma mən deyərdim ki, 5-6 futbolçu Premyer Liqa və Bundesliqa səviyyəsində oynaya bilər.

 

- Bəs niyə oynamırlar?

- Yaxşı şərait var, ölkələrində məvacibləri çox yaxşıdı. Bu səbəbdən xaricə üz tutmurlar. Mən "legioner həyatı yaşamalısız" deyəndə, ola bilər ki, tərcüməçilər səhv çatdırırdı (gülür).

 

- Azərbaycan millisini nəyə görə tərk etdiz?

- İnanırsız, elə bunlara görə. İtaliyaya qarşı oyunda çox gözəl oynamışdıq. Uduzsaq belə, yaxşı təsir bağışlamışdıq. O məğlubiyyətə görə AFFA futbolçulara mükafat ödəmək istəyirdi. Təsəvvür edirsiz? Məğlubiyyətə görə mükafat! Mən mükafatın dayandırlamasını tələb edirdim. Belə şeylərə əsəbiləşirdim.

 

- Azərbaycanda çox şeyə nail olmusuz?

- Əlbəttə. Bu mənim işim idi. Azərbaycan Premyer Liqasında hər klubun heyətində azı 4 yerli oyunçu olmalıdı idi. Həmçinin, 21 yaşlı yerli futbolçu da. Bəzən bu səbəblərə görə klubların baş məşqçiləri ilə sözüm üst-üstə düşmürdü.

Xəbər xətti