Robert Prosineçki: "Rəqibin adından gözəl motivasiya ola bilməz" MÜSAHİBƏ

20:04 - 25 Mart 2017

Millimiz DÇ-2018-in seçmə mərhələsi çərçivəsində sabah Almaniyanı qəbul edəcək.
 
Sportal.az xəbər verir ki, oyunöncəsi mətbuat konfransında Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki jurnalistlərin suallarını cavablandırıb.

 

- Novruz bayramı münasibətilə hər birinizi təbrik edirəm. Sabah güclü komandaya qarşı oynayacağıq. Məşq prosesindən tam razı qalmışam. Almaniyanı analiz etməyə çox vaxt lazımdı. Amma lazım olan məlumatları futbolçulara çatdırdıq. Çalışacağıq ki, rəqib rahat oynaya bilməsin.

 

- Almaniyanın İngiltərə ilə oyununda gördük ki, rəqibi əks hücumda yaxalamaq olar. Bu barədə nəsə düşünmüsüz?
- Sözsüz ki, biz Almaniya - İngiltərə matçını (1:0) izlədik. Özünüz də bilirsiz ki, Almaniyanın futbolçuları hansı klublarda oynayır. Çempionlar Liqasında, Bundesliqada oynayırlar. Taktiki, texniki, və fiziki cəhətdən çox güclüdülər. Təbii ki, əks hücumlar olacaq. Əsas olan odur ki, biz öz oyunumuzu oynayaq. Başqa düşüncələrinmiz də var ki, onları yerinə yetirməyə çalışacağıq.

 

- Demişdiz ki, Almaniya bizim üçün ən asan rəqib olacaq. Buna görə də oyunçuların motivasiyaya ehtiyacı yoxdu. Bəs futbolçuların fiziki durumu necədi?
- Komanda bir həftədir ki, bir yerdədi. Məşq prosesinə söz ola bilməz. İki ildi burdayam və heç vaxt futbolçuların fiziki durumundan narazı olmamışam. Motivasiyaya gəldikdə rəqibin adından gözəl motivasiya ola bilməz.

 

- Həmişə hava toplarını qarşılamaq problemimiz olub. Buna qarşı hansı tədbirlər düşünürsüz?
- Təkcə hava ötürmələri yox, sürətli oynayan, uzun ötürmələrdən istifadə edən komandadı. Buna baxmayaraq, mən futbolçularıma güvənirəm. Almaniya üçün bizəı qarşı asan olmayacaq.

 

- Heyətdə görmək istədiyiniz, lakin xidmətindən yararlana bilmədiyiniz futbolçular var? Məsələn Namiq Ələsgərov və Ruslan Abışov.
- Bu suala hər zaman olduğu kimi açıq cavab verəcəm. Bəli, belə problemlər var. Namiq zədəlidi, Maksim uzun müddətdi oynamırdı. Amma məşqlərdə gördük ki, fiziki durumu oynamağa imkan vermir. Ruslan Abışov da zədə səbəbindən oynaya bilməyəcək. Sabah tam sağlam futbolçular meydanda olacaq.

 

- Sabah qələbə qazansanız, qəhrəman olacaqsınız. Məğlubiyyət isə böyük problem yaratmayacaq. Karyeranızda belə durumla rastlaşmısız?
- Tək biz yox, dünyada çox komanda var ki, Almaniyadan 1 xal almağı qəhrəmanlıq sayır.

 

- Kamran Ağayevin "Boavişta"da problemi nədir? Bəlkə, Portuqaliya onun kimi futbolçular üçün münasib ölkə deyil? İstəyərdim ki, buna baş məşqçi yox, keçmiş futbolçu kimi cavab verəsiz.
- Biz millinin San Marino ilə oyununa Kamranın klubsuz olduğu vaxtda çıxmışdıq. Amma tarix yazırıq. Kamran təcrübəli futbolçudu. Elə oyunlar olub ki, komandanı xilas edib. Ona görə ona üstünlük verdim. Sualınıza gəldikdə isə, özünə versəniz yaxşı olar. Futbolçular çox vaxt deyir ki, məşqçi günahkardı, mənə şans vermir. Ümid edirəm ki, yaxın zamanda yaxşı klub tapar.

Xəbər xətti